Bank Of Baku

MSK-nın növbəti iclası keçirilib

MSK-nın növbəti iclası keçirilib
# 14 iyul 2009 14:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, toplantıda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə məsələ müzakirə edilib. Komissiya üzvləri edilən dəyişiklikləri açıq səsvermə ilə təsdiqləyiblər. Sonra yığıncaqda cari məsələlər müzakirə mövzusu olub. M. Pənahov deyib ki, aşağı instansiya seçki komissiyalarının üzvlərinin maariflənməsi məqsədi ilə seminarların bu seçki kampaniyası zamanı da həyata keçirilməsi zəruridir. O, prosesdə beynəlxalq təşkilatların, əsasən də İFES-in, ATƏT-in, o cümlədən Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik korpusun iştirakının əhəmiyyətini vurğulayıb. MSK sədri adıçəkilən qurumlarla seçkilərdə birgə işləmək təcrübəsinin olduğunu da qeyd edib. M. Pənahov deyib ki, sentyabrın 10-dan sonra seçki komissiyalarının üzvləri üçün kursların keçirilməsinə və digər tədbirlərə start verilməlidir. Onun sözlərinə görə, hazırda MSK parlamentin qərarı ilə birləşən bələdiyyələrin ərazisində yaşayanların siyahılarına yenidən baxış keçirməyə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR