Ceyhun Osmanlı: “Emin və Adnanın həbsi ilə bağlı xarici ölkə səfirliklərinin prosesə birbaşa müdaxiləsi anlaşılan deyil”
C. Osmanlı bildirib ki, bu hadisədən siyasi divident və sosial bazasını genişləndirmək üçün istifadə etmək istəyənlər də var: “Bəzi fəaliyyətsiz müxalifət partiyaları bu məsələdən istifadə edərək, sanki bu prosesin önündə getməyə, gənclər arasında öz sosial bazalarını genişləndirməyə və istintaqda olan gənclərin adından istifadə edərək özlərini reklam etməyə cəhd edirlər.
Başqa bir tərəfdən isə bu hadisələrdən sui-istifadə edən bəzi xarici media qurumları, sanki Azərbaycanın əleyhinə təbliğat aparmaq üçün şans tapıblar. 14 İyulda Gürcüstanda fəaliyyət göstərən Olesya Vartanyan adlı erməni jurnalistin şərhləri əsasında “New York Times” qəzetində dərc edilmiş yazı bunun əyani sübutudur.
Lakin istənilən halda proseslərin bu məcrada inkişafı Adnan və Eminin xeyrinə deyil, əleyhinədir. Əlbəttə ki, heç biz nəinki Adnan və Eminin, hətta istənilən bir Azərbaycan gəncinin həbsdə olmasını istəmərik. Lakin ortada bir istintaq prosesi var. Bu prosesin ədalətlə aparılacağına inanırıq və ümid edirik ki, bunun nəticəsində ədalətli qərar qəbul olunacaq. Odur ki, hesab edirəm ki, Emin və Adnanın azad olunmasının limiti tükənməyib, lakin istənilən halda bu məsələ öz həllini Azərbaycan hüdudlarından kənarda deyil, Azərbaycan hüdudları daxilində tapacaq”.
C. Osmanlı diplomatik korpusun məsələyə münasibətini anlamadığını deyib: “Bu məsələdə xarici ölkə səfirliklərinin prosesə birbaşa müdaxiləsi anlaşılan deyil. Xarici ölkə səfirlikləri nəyi, kimin diqqətinə çatdırmaq istəyirlər? Əgər onlar Azərbaycanın daxili məsələsini azərbaycanlıların özünə çatdırmaq istəyirlərsə, hesab edirəm ki, buna ehtiyac yoxdur, çünki biz bu məsələdən kifayət qədər xəbərdarıq və prosesləri diqqətlə izləyirik.
Yox əgər istənilən bir xarici ölkə Azərbaycan dövləti ilə təzyiq dili ilə danışırsa, hesab edirəm ki, bu özünü azərbaycanlı adlandıran hər bir kəsə həmin ölkə tərəfindən hörmətsizlikdir.
Lakin biz tam əksinə bu gün səfirliklər tərəfindən başqa münasibətin şahidiyik. Sadə bir misal deyim: “Bəzən heç bir səbəb olmadan bir çox xarici ölkə səfirlikləri, heç bir əsas olmadan Azərbaycan vətəndaşlarına viza verməkdən imtina edir və bu məsələyə şərh belə vermək istəmirlər. Misal üçün qeyd edim ki, bir neçə Azərbaycan gənci 3 gün sonra Finlandiyada start götürəcək Olimpiadaya könüllü qismində dəvət alsalar da onlara viza verməyə borclu olan Norveçin Azərbaycandakı səfirliyi heç bir əsas olmadan bundan imtina edib. Baxmayaraq ki, Finlandiya tərəfi dəfələrlə Norveç səfirliyinə azərbaycanlı könüllülərə viza verilməsi ilə bağlı müraciət edib. Eyni məsələni bəzi digər xarici ölkə səfirliklərinə də aid etmək olar. Bəs sual olunur, əgər xarici ölkə səfirliklərini Azərbaycan vətəndaşının hüququ həqiqətən bu qədər maraqlandırırsa, niyə onda bizim vətəndaşlara qarşı belə hörmətsizlik edirlər? Başqa bir faktı qeyd edim ki, bəzi xarici ölkə səfirliklərində bu günə qədər elanlar və ərizə formaları Azərbaycan dilində yox, başqa dillərdədir. Bəs yaxşı niyə Azərbaycanın “təəssübkeşliyini çəkən” həmin səfirliklər Azərbaycan dilinə, Azərbaycan qanunlarına hörmətlə yanaşmır?
Bu misalların sayını artırmaq da olar. Lakin bir sözlər onu qeyd etmək istərdim ki, hər bir qurum öz mandatına uyğun fəaliyyət göstərməlidir”.
C. Osmanlı vurğulayıb ki, istintaq işini mövcud kontekstdən çıxarıb siyasiləşdirmək, müxtəlif don geyindirmək, Emin və Adnan da daxil olmaqla azərbaycanlıların əleyhinə, Azərbaycanı istəməyən qüvvələrin isə xeyrinə yönəlib: “Biz bu məsələdə ayıq-sayıqlığımızı itirməməliyik”.
Daxili siyasət
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Xəbər Lenti
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
Dünya bazarlarında neft ucuzlaşır
Türkiyənin Amasya vilayətində avtobus aşıb, 46 nəfər xəsarət alıb
Bu günün valyuta məzənnələri
Bakı və Lənkəranın bir sıra ərazilərində elektrik enerjisi olmayacaq
Merz: Rusiya Baltikyanı ölkələrə və Moldovaya da təhlükə yaradır
Nərimanov rayonunda yerləşən obyektdə yanğın baş verib - VİDEO
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Argentina futbolçuları İngiltərə ilə oyundan sonra “Malvin adaları Argentinanındır” yazılmış banner açıblar - VİDEO
Rusiya Ukraynaya ballistik raketlərlə hücum edib, ölənlər var - FOTO - YENİLƏNİB
Qlobal fond bazarlarında əsas indekslər yüksəlib
Kriptobirjada əsas aktivlərdə artım, "Bitcoin"də nisbi eniş müşahidə olunub
Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb
XİN: Odessa yaxınlığında vurulan gəminin heyətindəki 10 Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb
WSJ: Tramp İrana qarşı hərbi əməliyyatların genişləndirilməsinə meyllidir
Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib
İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb
İran HHM ABŞ-ın "MQ-9 Reaper" pilotsuz aparatını vurub
Tramp: İran saxlanılan ABŞ vətəndaşının ölkəni tərk etməsinə icazə verib
ABŞ İrana qarşı növbəti zərbə dalğasını başa çatdırıb - YENİLƏNİB
Almaniya sənayesində ötən il 177 min iş yeri ixtisar edilib
Zelenski: Yaxın Şərq ölkələri ilə açıqlanmayan razılaşmamız var
SEPAH Fars körfəzində ABŞ-ın hücum infrastrukturuna zərbələr endirdiyini açıqlayıb
Ukrayna dronlarının hücumundan sonra Rusiyanın iri neft-kimya zavodu fəaliyyətini dayandırıb
ABŞ-ın İrana zərbələri nəticəsində 35 nəfər ölüb
"Qalatasaray" Mauro İkardi ilə yollarını ayırıb
DÇ-2026: Argentina finala yüksəlib
Vens: İsraildə ABŞ-İran müharibəsinin uzanmasını istəyən qüvvələr var
Tramp: İrana qarşı zərbələrin genişləndirilməsi ilə bağlı son tarix müəyyən etməmişəm
Vens: ABŞ İranda hakimiyyəti dəyişmək üçün quru əməliyyatı keçirməyəcək
Küveyt İranın raket və PUA-larını zərərsizləşdirdiyini açıqlayıb
İranın üç şəhərində partlayışlar baş verib
Qalibaf: ABŞ-la memorandumun şərtlərinə əməl etmək üçün əsas görmürük
Zelenski: Rusiya ballistik raketlərinə qarşı üç istiqamətdə işləyirik
Bakının 5 küçəsində hərəkət məhdudlaşdırılacaq
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini yenə təsdiqləyə bilməyib
Qalibaf: ABŞ İranı zəiflətməyə və parçalamağa çalışır
Euronews: IV Şuşa Qlobal Media Forumunda jurnalistikanın gələcəyi müzakirə olunub - VİDEO
Şəmkirdə iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb - FOTO
Merz ABŞ-ı Almaniyadakı seçkilərə müdaxilə etməməyə çağırıb
ABŞ xarici yardımlarda özəl investisiyalara üstünlük vermək istəyir
Prezidentin Şuşa Forumunda bəyanatı ciddi siqnaldır, indi seçim Avropa Şurasınındır - RƏY
Bəqai: İran hazırda ABŞ ilə danışıqlar aparmağı planlaşdırmır
Mərdəkanda 22 yaşlı oğlan dənizdə batıb
ABŞ Rusiya və İranda bir sıra qurum və şəxslərə sanksiya tətbiq edib
ABŞ İranın Henqam adasına zərbələr endirib
Samuxda 7-si azyaşlı olmaqla 10 nəfər zəhərlənib, araşdırma aparılır- YENİLƏNİB-1
Tramp: İsrailin Livan və Suriyadan çıxması yaxşı olardı
Türkmənistan Prezidenti Gürcüstana səfər edəcək
Milli Məclisin sədri Slovakiya Prezidenti ilə görüşüb