Bank Of Baku

Prezidentlərin Moskva görüşünə həsr olunmuş dəyirmi masa keçirilib

Prezidentlərin Moskva görüşünə həsr olunmuş dəyirmi masa keçirilib
# 15 iyul 2009 11:38 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Azərbaycan politoloqları iyulun 17-də Moskvada keçirilməsi nəzərdə tutulan Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyanın görüşündən ciddi bir şey gözləmirlər. APA-nın məlumatına görə, Moskva görüşünə və açıqlanmış Madrid təkliflərinə həsr olunmuş “dəyirmi masa”da çıxış edən politoloq Mübariz Əhmədoğlu bu təkliflər həyata keçəndən sonra Azərbaycan və Ermənistanda inkişaf gedəcək, regionda stabillik artacaq: “Təkliflərdə deyilmir ki, regionda əlavə dövlət yaradılacaq, Ermənistan böyüyəcək, regionda yeni tipli etnik proseslər gedəcək. Nizamlanma prosesi başlandıqdan sonra Dağlıq Qarabağda Azərbaycan və erməni icmalarının birgə yaşamasına gəldikdə isə məndə olan məlumata görə, əhalinin hər 10 min nəfəri 1 nümayəndə seçəcək, 16 nəfərdən ibarət İdarə Heyəti Şurası yaradılacaq. Bunlardan 6-sı azərbaycanlı və 10 nəfəri isə erməni olacaq. Tədricən əhalinin sayı dəyişdikcə, tərkib dəyişəcək, 2 il yarım müddətdə bir millətin nümayəndəsi, sonra həmin müddətdə digər millətin nümayəndəsi Şuraya rəhbərlik edəcək”.

Politoloq Fikrət Sadıxov Dağlıq Qarabağ ətrafında olan rayonların sülh yolu ilə Azərbaycana qaytarılmasını Azərbaycanın qələbəsi hesab edir. Onun fikrincə, Moskva görüşündə münaqişənin həlli üçün növbəti addım atıla bilər.

Politoloq Rasim Ağayevin fikrincə, bu münaqişə Azərbaycanın istədiyi kimi həll olunmayacaq, Dağlıq Qarabağ ətrafında olan rayonlar Azərbaycana qaytarılarsa, buna praqmatik baxmaq lazımdır: “Bu addımı atmaqla Ermənistan qazanacaq, inkişaf edəcək, 5-10 ildən sonra isə regionda vəziyyət dəyişəcək”.

Politoloq Zərdüşt Əlizadənin fikrincə, münaqişə həll olunmur, onun forması dəyişir, amma məzmunu qalır. O da rayonların qaytarılmasını müsbət hal kimi qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR