Rauf Arifoğlu: “Hakimiyyət ABŞ kimi dövlətin onu devirmək planı olduğu barədə xəbərin yayılmasında maraqlı ola bilməz”-MÜSAHİBƏ
- “Yeni Müsavat” qəzetinin dünənki sayında “ABŞ iqtidarı devirmək planı hazırlayırmış” sərlövhəli yazı birmənalı qarşılanmayıb. Yazıda adı çəkilən gənclərin yaxınları və siyasi düşərgənin bəzi üzvləri bu yazını təxribat və sifariş kimi qiymətləndiriliblər. Buna münasibətiniz necədir?
- Gənclərin yaxınlarının dediklərini anlayış və səbrlə qarşılayıram. Hərçənd ünvanımıza bəzən elə ifadələr işlədilir ki, bu heç də asan olmur. Siyasi düşərgədən olan ittihamları isə qəbul etmirəm və qətiyyətlə rədd edirəm. Belə bir məsələnin altını cızıram ki, haqqında danışılan yazının özündə dərc olunan məlumatların mənbəyinin hakimiyyət nümayəndələri olduğu dəfələrlə və xüsusi olaraq vurğulanır. Bu məlumatların hansı dərəcədə doğru olub olmaması başqa məsələdir. Bu məqam ola-ola bizə yazının hazır şəkildə ötürülməsini və ya sifariş verilməsini iddia etmək sadəcə böhtan atmaq, qaralamaq cəhdidir.
- “Yeni Müsavat” qəzetinin təsisçisi İsa Qəmbər bu gün mətbuata açıqlamasında qəzetə bu yazının hökumət tərəfindən məqsədli olaraq ötürüldüyünü vurğulayıb. Bu açıqlamaya münasibətiniz necədir?
- Nəzəri və texnoloji cəhətdən tamamilə mümkündür ki, bu tipli məlumatları bəzi mənbələr vasitəsi ilə qəzetə hansısa məqsədlə sızdırsınlar. Belə nümunələr dünya və ölkə qəzetləri tarixində dəfələrlə olub. Hərçənd, bunun belə olduğunu bilsəydik də, məlumat yenə dərc ediləcəkdi. Təbii ki, bir qədər fərqli redaktədə. Lakin konkret halda bu belə olmayıb. Məlumata biz özümüz çıxmışıq, hakimiyyət dəhlizlərində gənclərin həbsi ilə bağlı yazdığımız məlumatların dolaşdığını aydınlaşdırmışıq, onları yazıya alıb, dərc etmişik. Hakimiyyət yerli hüquq-müdafiə təşkilatlarını, siyasi müxalifəti , beynəlxalq təşkilatları, diplomatik korpusu məsələni siyasiləşdirməkdə ittiham edir. DİN və Baş Prokurorluğun dünənki qəzəbli bəyanatı da buna bir sübutdur. Hakimiyyət orqanları bu həbs olayı ilə bağlı hər hansı siyasi versiyanı qılıncla qarşılayırsa, ondan qəzəblənirsə, daha bizə hadisəni bu dərəcədə ciddi şəkildə siyasiləşdirən iddiaları niyə ötürür və ya sifariş verir? Və nəhayət, iqtidar necə maraqlı ola bilər ki, ABŞ kimi nəhəng bir dövlətin onu yıxmaq planının olması ictimailəşsin? Belə bir məlumat onunçün qəti şəkildə arzuolunan deyil. Odur ki, bizə qarşı ittihamların məntiqini başa düşmürəm və qəbul etmirəm.
Bir diqqət edin: İlk baxışda səbəbi naməlum əsaslarla iki gənc həbs edilib. İndi də onların xuliqan kimi istintaqını aparıb, məhz qeyri-siyasi əsaslarla onları uzun müddətə həbsdə saxlamaq istəyirlər. “Yeni Müsavat”ın əməkdaşı isə dünənki manşet yazısı ilə sübut edir ki, gənclərin həbsi daha böyük məsələdir, siyasidir, hətta o dərəcədə ki, 2013-cü ildə bütün demokratik proseslərin gənclər hərəkatının üzərində qurula biləcəyi hesablanır... Üstəlik, hakimiyyətdə bu barədə məlumat var ki, ABŞ da gələcək hədəflər üçün Azərbaycanda gənclər hərəkatının olmasında maraqlıdır...
Biz gənclərin həbsinin də bu məsələ ilə bağlı olduğunu, prosesin davam edəcəyini yazırıq və xəbərdarlıq edirik. Biz hakimiyyətin içindən gələn bu məlumatları açmaqla, onu deşifrə etməklə, istintaqın xəttini alt-üst etməyə çalışdıq. Niyyətimiz xoş, məramımız xeyirxahdır. Kim bunun əksini görürsə, düşünürsə, lütfən bunu ifadə edəndə bir az ehtiyatlı olsun.
- Ümumiyyətlə, müxalifət düşərgəsində olan siyasətçilər və qeyri-hökumət təşkilatının üzvləri belə məqamlarda mütəmadi olaraq rəhbərlik etdiyiniz qəzeti tənqid edirlər. Sizcə, bu nədən qaynaqlanır?
- Məncə, biz ona görə daha çox tənqid olunuruq ki, qəzetimiz tirajlıdır, populyardır və ictimai rəyə ciddi təsir göstərir. Belə bir yazı istənilən başqa qəzetdə getsəydi, əminəm ki, kimsə ona fikir belə verməyəcəkdi. Amma fakt budur ki, “Yeni Müsavat”da gedən hər hansı bir yazı ölkədə, bəzi hallarda isə hətta xaricdə hadisəyə çevrilir. Əlbəttə ki, belə bir mövqe
bəzi bədxahlarımızı da qıcıqlandırır və fürsət düşən kimi qərəzlərini büruzə verirlər. Amma gerçək dostlarımızdan, əqidəli demokratlardan xahişimiz budur ki, elə təəssürat yaratmasınlar ki, onlar üçün demokratiya, ifadə və söz azadlığı özlərinə toxunanacandır.
“Yeni Müsavat” iqtidarlı-müxalifətli bütün dara düşənlərin dəstəkçisidir. Biz bunu dəfələrlə sübut etmişik və Allah bundan sonra da imkan versə, yenə də edəcəyik.
- İsa Qəmbərin “Yeni Müsavat” qəzetinin təsisçiliyindən imtina edəcəyi ilə bağlı məsələ hələ də gündəmdədirmi?
- Bu tamamilə İsa bəyin iradəsindən asılı məsələdir. Kollektiv və mənim üçün bu məsələ gündəmdə deyil.
Daxili siyasət
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Xəbər Lenti
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
Dünya bazarlarında neft ucuzlaşır
Türkiyənin Amasya vilayətində avtobus aşıb, 46 nəfər xəsarət alıb
Bu günün valyuta məzənnələri
Bakı və Lənkəranın bir sıra ərazilərində elektrik enerjisi olmayacaq
Merz: Rusiya Baltikyanı ölkələrə və Moldovaya da təhlükə yaradır
Nərimanov rayonunda yerləşən obyektdə yanğın baş verib - VİDEO
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Argentina futbolçuları İngiltərə ilə oyundan sonra “Malvin adaları Argentinanındır” yazılmış banner açıblar - VİDEO
Rusiya Ukraynaya ballistik raketlərlə hücum edib, ölənlər var - FOTO - YENİLƏNİB
Qlobal fond bazarlarında əsas indekslər yüksəlib
Kriptobirjada əsas aktivlərdə artım, "Bitcoin"də nisbi eniş müşahidə olunub
Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb
XİN: Odessa yaxınlığında vurulan gəminin heyətindəki 10 Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb
WSJ: Tramp İrana qarşı hərbi əməliyyatların genişləndirilməsinə meyllidir
Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib
İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb
İran HHM ABŞ-ın "MQ-9 Reaper" pilotsuz aparatını vurub
Tramp: İran saxlanılan ABŞ vətəndaşının ölkəni tərk etməsinə icazə verib
ABŞ İrana qarşı növbəti zərbə dalğasını başa çatdırıb - YENİLƏNİB
Almaniya sənayesində ötən il 177 min iş yeri ixtisar edilib
Zelenski: Yaxın Şərq ölkələri ilə açıqlanmayan razılaşmamız var
SEPAH Fars körfəzində ABŞ-ın hücum infrastrukturuna zərbələr endirdiyini açıqlayıb
Ukrayna dronlarının hücumundan sonra Rusiyanın iri neft-kimya zavodu fəaliyyətini dayandırıb
ABŞ-ın İrana zərbələri nəticəsində 35 nəfər ölüb
"Qalatasaray" Mauro İkardi ilə yollarını ayırıb
DÇ-2026: Argentina finala yüksəlib
Vens: İsraildə ABŞ-İran müharibəsinin uzanmasını istəyən qüvvələr var
Tramp: İrana qarşı zərbələrin genişləndirilməsi ilə bağlı son tarix müəyyən etməmişəm
Vens: ABŞ İranda hakimiyyəti dəyişmək üçün quru əməliyyatı keçirməyəcək
Küveyt İranın raket və PUA-larını zərərsizləşdirdiyini açıqlayıb
İranın üç şəhərində partlayışlar baş verib
Qalibaf: ABŞ-la memorandumun şərtlərinə əməl etmək üçün əsas görmürük
Zelenski: Rusiya ballistik raketlərinə qarşı üç istiqamətdə işləyirik
Bakının 5 küçəsində hərəkət məhdudlaşdırılacaq
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini yenə təsdiqləyə bilməyib
Qalibaf: ABŞ İranı zəiflətməyə və parçalamağa çalışır
Euronews: IV Şuşa Qlobal Media Forumunda jurnalistikanın gələcəyi müzakirə olunub - VİDEO
Şəmkirdə iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb - FOTO
Merz ABŞ-ı Almaniyadakı seçkilərə müdaxilə etməməyə çağırıb
ABŞ xarici yardımlarda özəl investisiyalara üstünlük vermək istəyir
Prezidentin Şuşa Forumunda bəyanatı ciddi siqnaldır, indi seçim Avropa Şurasınındır - RƏY
Bəqai: İran hazırda ABŞ ilə danışıqlar aparmağı planlaşdırmır
Mərdəkanda 22 yaşlı oğlan dənizdə batıb
ABŞ Rusiya və İranda bir sıra qurum və şəxslərə sanksiya tətbiq edib
ABŞ İranın Henqam adasına zərbələr endirib
Samuxda 7-si azyaşlı olmaqla 10 nəfər zəhərlənib, araşdırma aparılır- YENİLƏNİB-1
Tramp: İsrailin Livan və Suriyadan çıxması yaxşı olardı
Türkmənistan Prezidenti Gürcüstana səfər edəcək
Milli Məclisin sədri Slovakiya Prezidenti ilə görüşüb