Bank Of Baku

Fuad Mustafayev: “Bundan sonra siyasətlə məşğul olmayacağam”

Fuad Mustafayev: “Bundan sonra siyasətlə məşğul olmayacağam”
# 07 sentyabr 2009 07:07 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Mustafayev vəzifəsindən, həmçinin partiya üzvlüyündən istefa verib. Bu barədə APA-ya F. Mustafayev bildirib. İstefasının səbəbləri barədə heç bir açıqlama verməyəcəyini bildirən keçmiş müavin artıq istefa ərizəsinin qəbul edildiyini bildirib: “Mən bundan sonra siyasətlə məşğul olmayacağam”.

Qeyd edək ki, F. Mustafayev AXCP sədrinin siyasi məsələlər üzrə müavini idi. Bir neçə gün əvvəl isə partiya sədri Əli Kərimli Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlını siyasi və təbliğat məsələləri üzrə müavin təyin edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR