Bank Of Baku

Şahin Əliyev: “Seçkilərdə ümumi problem vətəndaşların yaşayış yeri üzrə qeydiyyatda olmamasıdır”

Şahin Əliyev: “Seçkilərdə ümumi problem vətəndaşların yaşayış yeri üzrə qeydiyyatda olmamasıdır”
# 07 sentyabr 2009 11:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Azərbaycanda seçkilərin keçirilməsində ümumi problem vətəndaşların yaşayış yeri üzrə qeydiyyatda olmamasıdır. Seçki qanunvericiliyinə görə isə vətəndaşlar daimi qeydiyyatda olduğu ərazidə səsvermə hüququna malikdirlər”. APA-nın məlumatına görə, bu fikirləri Prezident administrasiyasının qanunvericilik və hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev Dairə Seçki Komissiyalarının (DSK) sədrlərinə keçirilən kursda deyib. Şöbə müdiri bildirib ki, şəxsiyyət vəsiqəsində vətəndaşın ünvanının qeyd olunması o demək deyil ki, vətəndaş həmin yerdə yaşayır: “Amma bu problem həll olunmalıdır. Bu indinin məsələsi deyil, gələcəkdə şəxsiyyət vəsiqələri dəyişdirilərkən həmin vəsiqələrdə elektron çiplərin yerləşdirilməsi nəzərdə tutulur. Vətəndaşların yaşayış yeri üzrə qeydiyyatını aparacaq orqan tərəfindən həmin elektorun çiplərdə müvafiq məlumatlar yerləşdiriləcək və məntəqə seçki komissiyalarında həmin çiplərin oxunması mümkün olacaq. Vətəndaşların yaşayış yeri üzrə seçici siyahıların salınması xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, bələdiyyə üzvlərinin sayı qeyri-stabildir”. Ş. Əliyev bildirib ki, əgər əhalisi 500-ə qədər olan bələdiyyələrdə 5 nəfər bələdiyyə üzvü olursa, həmin bələdiyyənin ərazisində 520 nəfər seçici olarsa, o zaman bələdiyyə üzvlərinin sayı da dəyişir: “Ona görə də seçici siyahıları bu seçkilərdə həddindən artıq əhəmiyyətlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR