Bank Of Baku

Türkiyə səfirliyinin qarşısında “One minute “Davos fatehi”, biz də müsəlmanıq” şüarı ilə etiraz aksiyası keçiriləcək

Türkiyə səfirliyinin qarşısında “One minute “Davos fatehi”, biz də müsəlmanıq” şüarı ilə etiraz aksiyası keçiriləcək
# 07 sentyabr 2009 11:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Türkiyənin Bakıdakı səfirliyi qarşısında etiraz aksiyasının keçirilməsi barədə qərar qəbul edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sentyabrın 15-də keçiriləcək aksiyanın səbəbi Türkiyə hökumətinin Ermənistanla sərhədləri açmaq qərarıdır. Səfirliyin qarşısında “Yaşasın türk birliyi!”, “One minute “Davos fatehi”, biz də müsəlmanıq" və digər şüarlar səsləndiriləcək.

Etiraz tədbirindən əvvəl BAXCP rəhbərliyi və partiya fəalları Bakının erməni-rus hərbi birləşmələrindən xilas edilməsinin 91-ci ildönümü münasibətilə Şəhidlər Xiyabanında xilaskar türk əsgərlərinin şərəfinə ucaldılmış abidəni ziyarət edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR