Bank Of Baku

MSK Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Təqvim Planı hazırlayıb

MSK Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Təqvim Planı hazırlayıb
# 07 sentyabr 2009 12:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Mərkəzi Seçki Komissiyası (MSK) bu ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Təqvim Planı hazırlayıb. APA-nın məlumatına görə, bu barədə MSK-nın sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, seçkilərin günü təyin olunduqdan sonra Təqvim Planı qurumda müzakirəyə çıxarılacaq. M. Pənahov seçki komissiyalarının Seçki Məcəlləsinə əsasən fəaliyyət göstərdiyini və bununla bərabər əhəmiyyətli olan təlimatların hazırlandığını da qeyd edib: “Artıq bu təlimatlar qəbul edilib və toplu halında çap olunmaq üçün nəşriyyata göndərilib. Toplular nəşr olunduqdan sonra aşağı seçki komissiyalarına paylanacaq. Bələdiyyə seçkiləri elan olunanda bu seçkilərlə maraqlanan bütün tərəflər artıq bütün informasiyalara malik olacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR