Bank Of Baku

BAXCP Ali Məclisinin növbəti sessiyası keçirilib

BAXCP Ali Məclisinin növbəti sessiyası keçirilib
# 07 sentyabr 2009 13:01 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda ictimai-siyasi vəziyyətlə bağlı sədr Qüdrət Həsənquliyevin çıxışı dinlənilib. O, Türkiyə-Ermənistan sərhədlərinin açılması, bunun Azərbaycana təsiri, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və digər məsələlərə münasibət bildirib. BAXCP lideri həmçinin Azərbaycan Nazirlər Kabinetinin səlahiyyətləri barədə partiyada hazırlanan qanun layihəsinə və qarşıdan gələn bələdiyyə seçkilərinə də toxunub.

Toplantıda bələdiyyə seçkilərinə hazırlığın vəziyyəti müzakirə edilib və sentyabrın 20-dək bələdiyyə üzvlüyünə namizədlərin siyahısının hazır olacağını bildirilib. Sessiyanın sonunda BAXCP Ali Məclisi adından Türkiyə ictimaiyyətinə müraciət edilməsi və seçkilər elan olunduqdan dərhal sonra BAXCP Ali Məclisinin növbədənkənar sessiyasının çağırılması, bələdiyyə üzvlüyünə namizədlərin siyahısı, eləcə də digər sənədlərin təsdiqlənərək Mərkəzi Seçki Komissiyasına təqdim olunması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR