Bank Of Baku

ADP: Türkiyənin Ermənistanla yaxınlaşma siyasəti Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə gətirib çıxaracaq

ADP: Türkiyənin Ermənistanla yaxınlaşma siyasəti Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə gətirib çıxaracaq
# 07 sentyabr 2009 13:18 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin iclasında Türkiyə ilə Ermənistan arasında razılaşdırılmış protokollarla bağlı bəyanat qəbul edilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ADP ictimaiyyətin narahatlığını bölüşməklə yanaşı, protokollardakı müsbət tərəfləri də nəzərə almağa çağırır: “Türkiyə-Ermənistan münasibətlərinin bu protokollarda nəzərdə tutulan qaydada qurulması Türkiyənin Cənubi Qafqazda rolunun artmasına, Ermənistanda Rusiyanın təsirinin zəifləməsinə və Cənubi Qafqaz respublikaları arasındakı münaqişələrin, xüsusilə də Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin aradan qaldırılmasına ciddi yardım edə bilər”. ADP hesab edir ki, Türkiyənin Ermənistanla yaxınlaşma siyasəti son nəticədə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə gətirib çıxaracaq.

Toplantıda paytaxtda məscidlərin sökülməsi də müzakirə edilib və pislənilib. ADP bunu xalqın inanclarına qarşı yönələn hal kimi qiymətləndirib: “ADP üzvləri kommunist-ateist düşüncənin qalığı olan bu cür yanaşmaların ilahi və cəmiyyət qanunlarına zidd olduğunu bildirməklə Qafqaz Müsəlmanları İdarəsini məsələyə ciddi qiymət verməyə və hakimiyyəti belə hərəkətlərdən çəkindirmək üçün səy göstərməyə çağırır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR