Bank Of Baku

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib
# 07 sentyabr 2009 15:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məsələlər müzakirə olunub. Adnan Hacızadə və Emin Miliinin Səbail rayon Məhkəməsində keçirilən hazırlıq məhkəməsini müzakirə edən partiya rəhbərliyi məhkəmənin gedişində yol verilən qanun pozuntularına etiraz ifadə edib. Bələdiyyə seçkilərində iştirakla bağlı partiya daxilində görülən işlər və “Qarabağ və Respublika Uğrunda” Vətəndaş Hərəkatında aparılan danışıqlar haqqında iclasda məlumat verilib. Bu işin uğurla davam etdirilməsi istiqamətində müzakirələr aparılıb. Toplantıda həmçinin, Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsi, sərhədlərin açılması prosesi və Ermənistan-Azərbaycan münaqişəsinin həlli əsas müzakirə mövzusu olub. Müsavat Partiyası bu proseslər zamanı Azərbaycanın köklü və haqlı maraqlarının nəzərə alınmasının zəruri olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR