Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində tikinti-quraşdırma işlərinin gedişi ilə tanış olub

Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində tikinti-quraşdırma işlərinin gedişi ilə tanış olub
# 07 sentyabr 2009 17:04 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Nərimanov rayonunda tikilən Heydər Əliyev Mərkəzində aparılan tikinti-quraşdırma işlərinin gedişi ilə yaxından tanış olub. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Heydər Əliyev Mərkəzinin tikintisi ümumilikdə 15,25 hektar sahəni əhatə edir və artıq avtomobil dayanacağının dəmir-beton, elektrotexnika işləri tam başa çatdırılıb. Mərkəzin əsas binasının tikintisinə 2008-ci ilin əvvəlində başlanılıb və burada işlər davam etdirilir. Prezidentə məlumat verilib ki, əsas binada dəmir-beton işləri 85 faiz yerinə yetirilib. mərkəzin zirzəmi hissəsində tamamlama, elektrotexnika işləri yekunlaşmaq üzrədir. Avtomobil dayanacağını əsas bina ilə birləşdirən dördmərtəbəli keçid tuneli, əsas binaya gedən yol, kommunikasiya mərkəzi və təchizat qalereyasında dəmir-beton, elektrik işləri tam başa çatdırılıb. Landşaft sahəsinin avtomobil parkı üzərindəki hissəsində tikinti-abadlıq işləri başa çatmaq üzrədir. Bu hissədə 5 min kvadratmetr yaşıllıq salınıb, 2 dekorativ hovuz tikilib, pilləkən və piyada yollarının dəmir-beton işləri başa çatdırılıb.

Layihəyə əsasən Heydər Əliyev Mərkəzi üç başlıca tərkib hissədən və iki yardımçı strukturdan ibarət olacaq. Mərkəzin başlıca tərkib hissəsi nadir əsərlərdən ibarət və ümumdünya məlumat vasitələrinə “onlayn” rejimdə daxil olma imkanlarına malik kitabxana və media mərkəzindən, 1284 nəfər tamaşaçı tutumu olan konfrans zalından, milli və dünya təsviri sənət incilərini nümayiş etdirən sərgi-salonlar və ölkəmizin tarixi və mədəni irsindən bəhs edən multimedia və virtual sərgilərdən ibarət muzey və mədəni irs mərkəzindən ibarət olacaq.

Yardımçı struktura isə mərkəzin iki girişi önündə yerləşən ümumi ictimai sahə - foye, günün bütün saatlarında fəaliyyət göstərəcək avtomobil dayanacaq-parkı və infrastruktur obyektlər daxil olacaq. Dövlət başçısı tikintinin davam etdirilməsi və başa çatdırılması ilə əlaqədar göstəriş və tapşırıqlarını verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR