Bank Of Baku

DAK “Güney Azərbaycanda milli hərəkat” mövzusunda simpozium keçirib

DAK “Güney Azərbaycanda milli hərəkat” mövzusunda simpozium keçirib
# 08 sentyabr 2009 09:43 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Bu gün Dünya Azərbaycanlıları Konqresi (DAK) “Güney Azərbaycanda milli hərəkat” mövzusunda simpozium keçirib. APA-nın məlumatına görə, tədbirdə DAK sədri Sabir Rüstəmxanlı çıxış edərək Azərbaycan gənclərini milli ideyalar ətrafında həmrəylik nümayiş etdirməyə, Cənub mövzusuna həssaslıqla yanaşmağa çağırıb. Onun sözlərinə görə, 1960-70-ci illərin gəncliyində Cənub sevgisi, indikindən daha güclü olub. DAK sədri İranda 35 milyonluq Azərbaycan türkünün səsini batırmağın mümkün olmayacağını bəyan edib: “İranda keçirilən son prezident seçkiləri göstərdi ki, güneylilərin rəyi olmadan bu ölkədə heç kim hakimiyyətə gələ bilməz. Güney azərbaycanlılarının hüquqları qorunmalı və onlar insan haqları tanınmalıdır”.

Simpoziumda çıxış edən DAK Daimi Şurasının sədri Əjdər Tağızadə Azərbaycanın güneyinin Təbrizdən, Həmədandan, quzeyinin isə Dərbənddən başladığını deyib. Onun sözlərinə görə, Azərbaycanın bütövləşməsi haqqında danışanda, təkcə Qarabağın işğaldan azad edilməsini nəzərdə tutmaq lazım deyil: “Biz qapıdan qovduğumuz rusu, pəncərədən içəri salmamalıyıq. Bu gün gənclər öz tarixlərini dərindən öyrənməli, türklərin İranda uzun əsrlər hakimiyyətdə olduğunu bilməlidirlər. Bu gün İran dağılmaq ərəfəsində olan bir ölkədir. Bütün gənclər milli-mənəvi dəyərlər ətrafında birləşməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR