Bank Of Baku

Ədliyyə Nazirliyinin təmsilçisi Fazil Məmmədov: “Seçki komissiyalarının üzvlərinə dövlət qulluqçusu statusu verilməsi məsələsinə baxmağa ehtiyac var”

Ədliyyə Nazirliyinin təmsilçisi Fazil Məmmədov: “Seçki komissiyalarının üzvlərinə dövlət qulluqçusu statusu verilməsi məsələsinə baxmağa ehtiyac var”
# 08 sentyabr 2009 10:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə Dairə Seçki Komissiyalarının (DSK) sədrləri üçün keçirilən kurslar bu gün davam edib. APA-nın məlumatına görə, bugünkü kursda MSK katibi Natiq Məmmədov “Yerli özünüidarəetmə - bələdiyyə seçkilərinin qaydaları, nəticələrin müəyyən edilməsi, seçkilərin yekunlarının dərci” mövzusunda məruzə ilə çıxış edib. O Azərbaycanda ildən-ilə seçki komissiyalarının fəaliyyətində keyfiyyət dəyişikliyinin olduğunu, seçicilərin seçki komissiyalarına etimadının daha da artdığını deyib. N. Məmmədov seçkilərin həm daxili, həm də beynəlxalq müşahidəçilərin nəzarəti altında keçirildiyini deyərək bəzən haqlı və haqsız iradların olduğunu da vurğulayıb: “Seçki rəsmilərinin qarşısında dayanan bir nömrəli məsələ isə seçicilərin inamını qazanmaqdır”. N. Məmmədov bələdiyyə seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, seçki komissiyalarının vəzifələri ilə bağlı proseduraları DSK sədrlərinin diqqətinə çatdırıb.

Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Fazil Məmmədov “Seçki hüquq sistemi və seçki hüquq münasibətləri” mövzusunda məruzə edib. O, seçkilərin keçirilməsi zamanı ən böyük vəzifənin məhz seçki komissiyalarının üzərinə düşdüyünü bildirib. O, dairə və məntəqə seçki komissiyalarının üzvlərinin status məsələsinə baxılmasının da vacib olduğunu deyib: “Seçki komissiyalarının üzvləri dövlətin seçki siyasətini həyata keçirirlər. Mənim fikrimcə, komissiya üzvlərinə dövlət qulluqçusu statusu verilməsi məsələsinə baxmağa ehtiyac var”.

Qeyd edək ki, bir həftə davam edəcək kurslar “İnsan hüquqları üzrə Milli Fəaliyyət Planına” əsasən keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR