Bank Of Baku

AXCP Ali Məclisinin bu həftənin sonunda keçiriləcək iclasında partiya rəhbərliyindəki dəyişikliklər müzakirə olunacaq

AXCP Ali Məclisinin bu həftənin sonunda keçiriləcək iclasında partiya rəhbərliyindəki dəyişikliklər müzakirə olunacaq
# 08 sentyabr 2009 10:41 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu həftənin sonunda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin iclası keçiriləcək. Partiya sədrinin müavini Nurəddin Məmmədlinin APA-ya verdiyi məlumata görə, iclasda bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq məsələləri müzakirə olunacaq. Sədr müavini iclasda partiya rəhbərliyində olan dəyişikliklərin də müzakirəyə çıxarılacağını istisna etməyib. AXCP Ali Məclisinin sədrliyinə seçkilərin keçirilməsinə gəldikdə, N. Məmmədli bildirib ki, bu məsələ qurultaya kimi təxirə salınıb: “Qurultayda partiyanın Ali Məclisinin tərkibi yenidən formalaşacaq. Buna görə də qurultaya kimi Ali Məclisə sədr seçməməyi qərara almışıq”.

N. Məmmədli Ali Məclisin iclasının Müsavat Partiyasının qərargahında keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR