Bank Of Baku

Bələdiyyə seçkilərində qeydiyyatdan çıxma vəsiqəsi ilə səsvermədə iştirak etmək mümkün olmayacaq

Bələdiyyə seçkilərində qeydiyyatdan çıxma vəsiqəsi ilə səsvermədə iştirak etmək mümkün olmayacaq
# 08 sentyabr 2009 11:24 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində seçicilər qeydiyyatdan çıxma vəsiqəsi ilə səsvermədə iştirak edə bilməyəcəklər. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov deyib. O bildirib ki, bələdiyyə seçkiləri lokal bir ərazini əhatə etdiyi üçün qeydiyyatdan çıxma vəsiqəsi alaraq başqa bələdiyyənin ərazisində səs vermək mümkün deyil: “Qeydiyyatdan çıxma vəsiqələri daha çox prezident seçkiləri və referendumda tətbiq olunur, çünki ölkə üzrə keçirilir. Bələdiyyə seçkilərində isə bu vəsiqələrdən istifadə yalnız minimum dərəcədə ola bilər. Bu da o halda baş verə bilər ki, bir bələdiyyənin ərazisində bir neçə seçki məntəqəsi olarsa, o zaman seçici qeydiyyatdan çıxma vəsiqəsi ilə bələdiyyə ərazisindəki digər məntəqədə səs verə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR