Bank Of Baku

BAXCP-nin Konstitusiya qanunu layihəsinin hazırlanması üzrə komissiyası işini başa çatdırıb

BAXCP-nin Konstitusiya qanunu layihəsinin hazırlanması üzrə komissiyası işini başa çatdırıb
# 08 sentyabr 2009 13:17 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti tərəfindən formalaşdırılmış Konstitusiya qanunu layihəsinin hazırlanması üzrə komissiya işini başa çatdırıb. Bu barədə APA-ya BAXCP Ali Məclisinin və adı çəkilən komissiyanın sədri Mikayıl Rəhimov məlumat verib. M. Rəhimov bildirib ki, artıq komissiyanın hazırladığı Konstitusiya qanunu layihəsinin ictimai müzakirəyə təqdim olunması ilə bağlı qərar qəbul edilib: “Sentyabrın 23-də siyasi partiya rəhbərlərinin, KİV və QHT nümayəndələrinin, hüquqşünasların iştirakı ilə BAXCP-nin mərkəzi qərargahında dəyirmi masa keçiriləcək. Tədbirdə iştirak edəcək bütün şəxslərə dəvətnamə ilə yanaşı, qanun layihəsinin göndərilməsini də nəzərdə tutmuşuq. Bu isə tədbirə qatılacaq şəxslərin layihə haqqında daha konkret və əsaslı fikir yürütmələrinə imkan yaradacaq”.

Qeyd edək ki, bu sənəd son 2 il ərzində BAXCP-nin hazırladığı ikinci Konstitusiya qanunu layihəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR