Bank Of Baku

Milli Məclisin deputatı Polşaya gedəcək

Milli Məclisin deputatı Polşaya gedəcək
# 09 sentyabr 2009 07:20 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclisin deputatı Asim Mollazadə XIX İqtisadi Forumda iştirak etmək üçün Polşaya səfərə gedəcək. Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Avropa Birliyinin yeni qonşuluq siyasətində “Şərq tərəfdaşlığı” proqramının həyata keçirilməsinə xidmət edən tədbirdə məqsəd Şərqi və Qərbi Avropanın siyasi və iqtisadi cəhətdən uzlaşması yollarının araşdırılmasıdır. Forumda iqtisadiyyat, siyasət, beynəlxalq təhlükəsizlik, Avropanın enerji təhlükəsizliyi məsələləri ətrafında müzakirələr aparılacaq.
Tədbirdə Azərbaycan parlamentinin deputatı Cənubi Qafqazda geosiyasi vəziyyətlə bağlı çıxış edəcək. Səfər sentyabrın 13-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR