Bank Of Baku

ABŞ-ın Azərbaycandakı səfirliyi və ATƏT-lə Avropa Birliyinin nümayəndəlikləri qarşısında etiraz aksiyaları keçiriləcək

ABŞ-ın Azərbaycandakı səfirliyi və ATƏT-lə Avropa Birliyinin nümayəndəlikləri qarşısında etiraz aksiyaları keçiriləcək
# 09 sentyabr 2009 08:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) ABŞ-ın Azərbaycandakı səfirliyinin, ATƏT və Avropa Birliyinin nümayəndəliklərinin binası qarşısında etiraz aksiyaları keçirəcək. Bu barədə APA-ya partiyanın sədri Qüdrət Həsənquliyev məlumat verib. O bildirib ki, aksiyaların keçirilməsinə səbəb adları çəkilən qurumların və dövlətin Dağlıq Qarabağ probleminə ikili standartlarla yanaşmasıdır. Aksiyada “İşğalçı dövlətə dəstək dayandırılsın!”, “Türkiyəyə təzyiqlərə son qoyulsun!”, “Siyasi riyakarlıqla sülhə nail olmaq mümkün deyil” şüarları səsləndiriləcək. Q. Həsənquliyev deyib ki, əslində bu qurumların və ABŞ-ın xarici siyasəti sırf riyakarlıq və ikiüzlülük üzərində qurulub: “İşğalçı dövləti torpaqlardan çıxarmağa məcbur etməkdənsə, onlar başqa bir dövləti məcbur edirlər ki, işğalçı dövlətlə əlaqələr qursun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR