Bank Of Baku

Sentyabrın 20-də ACP-nin yeni sədri bəlli olacaq

Sentyabrın 20-də ACP-nin yeni sədri bəlli olacaq
# 09 sentyabr 2009 10:22 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Açıq Cəmiyyət Partiyasının (ACP) yeni sədri sentyabrın 20-də keçiriləcək Ali Məclisin iclasında seçiləcək. Partiya Ali Məclisinin sədri Vaqif Mahmudov APA-ya bildirib ki, iclasda müzakirə olunacaq əsas məsələ məhz sədr seçkisi olacaq. O, sədrliyə namizəd olacağını da açıqlayıb: “Başqa kimlərin namizəd olacağını bilmirəm. Kim istəsə, öz namizədliyini irəli sürə bilər”.

V. Mahmudov deyib ki, müzakirə olunacaq digər məsələlər hələlik bəlli deyil: “İclasın gündəliyi Ali Məclisdə müzakirə ediləcək. Bələdiyyə seçkilərinin də müzakirəyə çıxarılacağı gözlənilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR