Bank Of Baku

YAP-ın Abşeron, Tərtər, Zərdab və Şirvan təşkilatlarında toplantılar keçirilib

YAP-ın Abşeron, Tərtər, Zərdab və Şirvan təşkilatlarında toplantılar keçirilib
# 09 sentyabr 2009 13:08 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Dekabrda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq məqsədilə Yeni Azərbaycan Partiyasının (YAP) Abşeron, Tərtər, Zərdab və Şirvan təşkilatlarında toplantılar keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan xəbərə görə, Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev artıq bələdiyyə seçkiləri ilə bağlı qərargahın yaradıldığını deyib. O bildirib ki, seçkiyə hazırlıqla əlaqədar bütün işlər plana uyğun gedir.

Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov seçkilərlə bağlı qarşıda duran vəzifələr haqqında toplantı iştirakçılarına məlumat verib, namizədliyi irəli sürüləcək şəxslərin siyahılarının dəqiqləşdirildiyini qeyd edib. O, rayon təşkilatının seçkilərdə fəal iştirak edəcəyini söyləyib.

Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov və Zərdab rayon təşkilatının sədri Tofiq Abdullayev də çıxış edərək iştirakçılara seçkiyə hazırlıqla bağlı məlumat veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR