Bank Of Baku

Ümid Partiyası bələdiyyə seçkilərində irəli sürəcəyi namizədlərin seçilməsi prosesini başa çatdırıb

Ümid Partiyası bələdiyyə seçkilərində irəli sürəcəyi namizədlərin seçilməsi prosesini başa çatdırıb
# 09 sentyabr 2009 14:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Ümid Partiyası bələdiyyə seçkilərində irəli sürəcəyi namizədlərin seçilməsi prosesini başa çatdırıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı çərçivəsində seçkilərə qatılmağı planlaşdıran Ümid Partiyası ilkin mərhələdə 868 bələdiyyə subyekti üzrə 3407 namizədin sənədlərini qəbul edib. 8 rayon şöbəsindən isə hələlik sənədlər daxil olmayıb. Dəqiqləşmələr aparıldığından onlar barədə məlumatlar növbəti mərhələdə açıqlanacaq. Mətbuat xidmətindən bildiriblər ki, partiya hərəkat çərçivəsində seçkilərlə iştirak etdiyi üçün namizədlərin sayında müəyyən dəyişikliyin olacağı istisna olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR