Bank Of Baku

MSK-da dairə seçki komissiyalarının sədrləri üçün kurslar davam edir

MSK-da dairə seçki komissiyalarının sədrləri üçün kurslar davam edir
# 09 sentyabr 2009 15:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə dairə seçki komissiyalarının sədrləri üçün təşkil olunan kurslar davam edir. APA-nın xəbərinə görə, MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov “Seçkilərin hazırlanması və keçirilməsi zamanı yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri” mövzusunda məruzə ilə çıxış edib. Şöbə müdiri müşahidəçilərin hüquqları, seçki komissiyalarının üzvlərinin onlarla davranış qaydalarına dair DSK sədrlərinə məlumat verib.

Kursda III dərəcəli dövlət ədliyyə müşaviri, Respublika Prokurorluğunun İstintaqa Nəzarət İdarəsinin rəisi Nazim Abbasov “Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik sistemi və məsuliyyət növləri”, MSK-nın üzvü Qabil Orucov isə “Siyasi partiyaların və siyasi partiyalar bloklarının bələdiyyə seçkilərində iştirakının əsasları” mövzularında çıxış edib.

Qeyd edək ki, kurslar İnsan hüquqları üzrə Milli Fəaliyyət Planına əsasən keçirilir və bir həftə davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR