Bank Of Baku

Azərbaycan prezidenti Dövlət Akademik Opera və Balet Teatrında aparılacaq əsaslı təmir və yenidənqurma işlərinin eskiz layihəsi ilə tanış olub

Azərbaycan prezidenti Dövlət Akademik Opera və Balet Teatrında aparılacaq əsaslı təmir və yenidənqurma işlərinin eskiz layihəsi ilə tanış olub
# 09 sentyabr 2009 15:37 (UTC +04:00)
Bakı – APA. Sentyabrın 9-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında aparılacaq əsaslı təmir və yenidənqurma işlərinin eskiz layihəsi ilə tanış olublar. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısına və xanımına binada aparılacaq əsaslı təmir və yenidənqurma işlərinin birinci mərhələsinin eskiz layihəsi təqdim olunub.

Bildirilib ki, layihəni İtaliyanın “Ekstra” şirkəti Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyəti ilə birgə hazırlayıb.

Prezident və xanımı təmir-bərpa işlərində istifadə ediləcək İtaliya istehsalı olan tikinti materiallarının nümunələrinə, daha sonra layihənin maketinə baxıb. Məlumat verilib ki, teatrın binası, səhnəsi, tamaşa zalı əsaslı şəkildə yenidən qurulacaq, əlavə yeni inzibati korpus inşa olunacaq. Zal və səhnənin yenidən qurulmasına İtaliyadan peşəkar ustalar cəlb ediləcək. Səhnə ən müasir və çevik texnologiya əsasında qurulacaq, akustika sistemi müasir standartlara uyğunlaşdırılacaq, avadanlıq dünyanın ən məşhur şirkətlərindən alınacaq.

Prezident İlham Əliyev teatrın yenidənqurmadan sonrakı vəziyyətini əks etdirən videoçarxa baxıb.

İlkin layihə 6 ay ərzində təkmilləşdiriləcək və bundan sonra yenidənqurma işlərinə başlanacaq.

Dövlət başçısı təmir-bərpa işlərinin yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR