Bank Of Baku

Azay Quliyev xarici diplomatlarla görüşüb

Azay Quliyev xarici diplomatlarla görüşüb
# 09 sentyabr 2009 15:53 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ATƏT-in Bakı ofisinin qanunun aliliyi şöbəsinin rəhbəri Monika Martinez, ofisin hüquq məsələləri üzrə mütəxəssisi Harald Çiarlo və Böyük Britaniya səfirliyinin siyasi məsələlər üzrə ikinci katibi Katrin Klev ilə görüşüb. Şuradan APA-ya daxil olan məlumata görə, görüşdə vətəndaş cəmiyyəti institutlarının inkişaf perspektivləri və QHT-lərə dəstək haqqında ətraflı fikir mübadiləsi aparılıb. A. Quliyev şuranın QHT-lərə göstərdiyi konsultativ, təşkilati-texniki və digər yardımlar haqqında danışaraq bildirib ki, bu ilin mart ayından QHT-lərin qeydiyyatında növbəti sadələşdirmə tətbiq edilib, Ədliyyə Nazirliyi tərəfindən tələb olunan sənədlərin sayı azaldılıb. Son illər QHT-lərin qeydiyyatında irəliləyişlərin olduğunu diqqətə çatdıran A. Quliyev bu sahədə bəzi çətinliklərin olduğunu da söyləyərək onların aradan qaldırılmasına çalışdıqlarını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR