Bank Of Baku

Azərbaycan prezidenti həqiqi hərbi xidmətə çağırış haqqında fərman imzalayıb

Azərbaycan prezidenti həqiqi hərbi xidmətə çağırış haqqında fərman imzalayıb
# 09 sentyabr 2009 16:31 (UTC +04:00)
APA-nın xəbərinə görə, fərmanda göstərilib ki, 1991-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1974-1990-cı illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları 2009-cu ilin oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılacaqlar.
“Hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar isə 2009-cu ilin oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanlarına fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR