Qüdrət Həsənquliyev: “Protokolların Kişinyov görüşü ərəfəsində meydana çıxmasının Azərbaycana təzyiq vasitəsi olduğuna heç bir şübhəm yoxdur” - MÜSAHİBƏ
- Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması üçün başlanılmış növbəti mərhələyə Sizin rəhbərlik etdiyiniz partiyada digərlərindən daha sərt mövqe nümayiş etdirir...
- Təəssüf ki, Türkiyə təzyiqlər altında işğalçı Ermənistanla sərhədləri açmaq və diplomatik əlaqələr qurmaq barədə üzərinə öhdəlik götürüb. Əslində, bu çoxdan baş verib, sadəcə indi açıqlanır. Digər tərəfdən, o da təəssüf doğurur ki, bu fakt ortada ola-ola cəmiyyətin bəzi sadəlövh üzvləri, Türkiyə ilə özlərinin daha çox bağlı olduqlarını göstərmək istəyənlər guya bu ölkənin təəssübkeşi olduqlarını nümayiş etdirmək üçün Azərbaycanı günahlandırmağa çalışırlar. Özünü siyasətçi adlandıran bəzi şəxslər müdrik görkəm alaraq, bu prosesdə günahı daha çox Azərbaycanda axtarmağa başlayıblar. Lakin aydındır ki, həmin protokollarda Azərbaycanla bağlı heç nə yoxdur və Ərdoğan hökuməti sərhədləri açmağa hazırlaşır. İndi bəzi diplomatlar fikir söyləyir ki, bu protokollar parlamentdə qəbul olunmaya bilər. Bu da çox pis və az mümkün olan haldır. Çünki Türkiyə parlamentində böyük çoxluğun məhz AKP-yə məxsus olduğunu bütün dünya bilir. Belə olan halda, həmin partiyanın hökumətdəki təmsilçilərinin irəli sürdükləri protokolu parlamentdəki üzvləri necə dəstəkləməyəcəklər? Belə bir hal baş verəcəksə, bunun dünya gücləri qarşısında Türkiyənin açıqlaması nə olacaq? Bu da Türkiyənin beynəlxalq imicinə daha çox zərbə vurmuş olacaq. Başqa tərəfdən bizim bəzi “siyasətçilər” deyirlər ki, Türkiyə nə etsin, Azərbaycanı 16 il gözlədi. Bu kökündən yanlış yanaşmadır. Fakt odur ki, Azərbaycan bu problemi həll edə bilmirsə, deməli, Türkiyə də həll edə bilmir. Bu dövlətlər qardaşdır, problemləri birgə çözməlidirlər. İndi kim belə bir iddia irəli sürə bilər ki, Türkiyə 20 ildir ki, PKK problemini həll edə bilmir, deməli, PKK ilə əlaqə qurmaq lazımdı. Belə gülünc iddia ilə kim çıxış edə bilər? Amma PKK Türkiyə üçün hansı vəhşilikləri, terroru edibsə, ermənilər Azərbaycan üçün ondan daha betərini ediblər.
Ərdoğan Davos forumunda müsəlmanların təəssübkeşi kimi çıxış edirdi, AKP iqtidarı hər zaman dindən faydalanıb. Bəs indi nə oldu, biz müsəlman deyilik? Ona görə də biz sentyabrın 15-də qəhrəman türk əsgərlərinin abidəsini ziyarət edəndən sonra Türkiyə səfirliyi qarşısında etiraz aksiyası keçirəcəyik. Aksiyada “One minute, Davos fatehi, biz də müsəlmanıq!”, “Yaşasın türk birliyi!”, “Sizin bu addımınızdan sonra farslar və ruslardan fərqiniz nədir?” şüarları səsləndiriləcək.
Bu proseslər bir də onu da göstərir ki, Azərbaycan xalqı yalnız özünə güvənməlidir. Azərbaycan vətəndaşları bir olmalı, ordu güclənməlidir. Peşəkar ordu qurmalı və Ermənistana təsir etməliyik. İşğalçıya təsir edən yeganə faktor ordunun gücüdür.
- Birinci dəfə sərhədlərin açılması məsələsi gündəmə gələrkən Türkiyənin daxilində buna ciddi etiraz vardı. Amma bu dəfəki etirazlar bir qədər zəifdir. Səbəb nədir?
- Uzun müddət zaman keçir, məsələ bir neçə dəfə gündəmə çıxarılır və insanlar üçün adiləşdirilir. Birinci dəfə bu mövzu gündəmdən çıxarılanda da məqsəd bu idi. Türkiyədə bəziləri fikirləşir ki, bu addımla guya Ermənistanla dostlaşacaqlar. Bu kökündən yanlışdır. Ermənistan onsuz da imkan düşən kimi Türkiyəyə öz zərbəsini vuracaq. Əlverişli məqam olan kimi Türkiyəyə qarşı ərazi iddiaları irəli sürəcək, soyqırım məsələsini gündəmə gətirəcək. Ona görə də sərhədlərin açılması ilə problemlərin həll olunacağını düşünənlər yanılırlar.
- Belə bir fikir var ki, Türkiyə və Ermənistan arasındakı danışıqların müəyyən mərhələsində 5 rayon işğaldan azad edilir. Bunun ardınca sərhədlər açılır və Türkiyə Ermənistan qarşısında Azərbaycanın işğal olunmuş digər ərazilərini azad etmək üçün konkret vaxt qoyur. Həmin vaxt ərzində torpaqlar azad edilməsə yenidən sərhəd bağlanır. Bu, nə qədər inandırıcıdır?
- Bu, cəfəngiyatdır. Bu söhbətlər ortaya çıxandan sonra Serj Sarkisyan bir neçə dəfə bəyan edib ki, dünyada Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasına razı olacaq erməni yoxdur. Sonuncu dəfə isə Dağlıq Qarabağı heç vaxt Azərbaycana qaytarmaq istəyində olmayacaqlarını bildirdi. Bütün bunlardan sonra sərhədlərin açılmasının guya Azərbaycanın maraqlarına uyğun olması barədə fikir söyləmək cəfəngiyatdan başqa bir şey deyil. Əgər söhbət Dağlıq Qarabağın ətrafındakı rayonların qaytarılaraq, Dağlıq Qarabağ Ermənistana verilməsilə müqavilə imzalanmasından gedirsə, bunu ermənilər istəyə bilər. Dünyanın heç bir yerində, tarix boyu hansısa işğalçı dövləti şirnikləndirməklə onu işğal etdiyi torpaqlardan çıxarmaq mümkün olmayıb. Bunun yolu odur ki, işğalçıya təzyiqlər edilməlidir, milli müqavimət, partizan müharibələri təşkil olunmalıdır.
- Protokollar açıqlanan kimi bunu ABŞ və Fransa təqdir etdi. Bunu necə qiymətləndirirsiniz?
- Rusiyanın bu prosesdə guya kənarda görünmək istəyi də məqsədlidir. Rusiya bilir ki, onun bu prosesdə iştirakı Azərbaycan və Türkiyədə qıcıq doğura bilər. İndi Rusiya özünü kənarda göstərir. Amma mən bildirirəm ki, Ermənistanla Türkiyənin sərhədləri açılandan sonra Gürcüstan üçün çox ağır günlər başlayacaq. Ermənistan Türkiyə üzərindən Avropaya çıxış əldə edəndən sonra daha böyük iddialar ortaya qoyacaq. Artıq Gürcüstanla bağlı iddialara başlayıb belə. Əhməd Davudoğlunun Gürcüstana səfəri də bununla bağlı idi. Guya Türkiyə bu sərhədləri açmaqla bölgəyə sülh gətirdiyini düşünür. Amma əslində bununla bölgəyə yeni müharibələr gətirir, tarazlığı pozur. Türkiyənin bu siyasəti axıra qədər hesablanmayıb və bunun nəticələrini Türkiyənin özü də görəcək. Ermənistanın Gürcüstana ehtiyacı azalandan sonra Qafqazda başlayacaq müharibələrin qarşısını Türkiyə ala bilməyəcək. Yəni bundan sonra Ermənistanın kiməsə güzəştə getməsindən danışmaq olmaz. Dünyada hər zaman işğalçıya sanksiyalar tətbiq olunub, onun güclənməsi üçün güzəştli addımlar atılmayıb.
- Bu protokolların indiki mərhələdə açıqlamasının prezidentlərin Kşinyov görüşünə hesablanması ilə bağlı səslənən fikirləri necə qiymətləndirirsiniz?
- Hər bir halda bu protokolların gündəmə gəlməsi görüşə təsir edəcək. Güman ki, Ermənistan son olanlardan daha da ruhlanaraq, aqressiyasını artıracaq.
Bu protokolların məhz Kişinyov görüşü ərəfəsində meydana çıxmasının həm də Azərbaycana təzyiq vasitəsi olduğuna heç bir şübhəm yoxdur. Avropa Birliyi, Amerika Türkiyəni Azərbaycandan ayırmaqla bizi təkləmək və güzəştlərə getməyə məcbur etmək siyasəti yürüdür. Onlar artıq bu istəyin bir hissəsinə nail olmaq üzrədirlər. Azərbaycan hər zaman Türkiyəyə güvənib, bu dövlətlə fəxr edib. Amma indi Türkiyənin mövqeyi də ortadadır.
- ABŞ yeni həmsədr təyin etdi, bu proseslərdə ciddi dəyişiklik yaradacaqmı?
- Heç nə dəyişməyəcək. Ayrı-ayrı diplomatlar dövlətin siyasətini yerinə yetirib, tapşırıqları icra edirlər. ABŞ-ın da siyasəti odur ki, Azərbaycan güzəştə getməlidir. Əslində bu dünyada hərbi zorakılığı dəstəkləyən bir siyasətdir. Bu, ikili standartlar üzərində qurulmuş siyasətdir. Bu siyasətlə də Qafqazda heç vaxt sülhə nail olmaq mümkün olmayacaq. Azərbaycanın prezidenti bildirib ki, o heç bir halda Dağlıq Qarabağın müstəqilliyinə yol açan sənədə imza atmayacaq. Ola bilməz ki, Azərbaycan xalqını təslimçi bir sülhə məcbur etsinlər.
Daxili siyasət
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Xəbər Lenti
İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb
İran HHM ABŞ-ın "MQ-9 Reaper" pilotsuz aparatını vurub
Tramp: İran saxlanılan ABŞ vətəndaşının ölkəni tərk etməsinə icazə verib
ABŞ İrana qarşı növbəti zərbə dalğasını başa çatdırıb - YENİLƏNİB
Almaniya sənayesində ötən il 177 min iş yeri ixtisar edilib
Zelenski: Yaxın Şərq ölkələri ilə açıqlanmayan razılaşmamız var
SEPAH Fars körfəzində ABŞ-ın hücum infrastrukturuna zərbələr endirdiyini açıqlayıb
Ukrayna dronlarının hücumundan sonra Rusiyanın iri neft-kimya zavodu fəaliyyətini dayandırıb
ABŞ-ın İrana zərbələri nəticəsində 35 nəfər ölüb
Rusiya Ukraynaya ballistik raketlərlə hücum edib, Kiyevdə güclü partlayışlar olub
"Qalatasaray" Mauro İkardi ilə yollarını ayırıb
DÇ-2026: Argentina yarımfinala yüksəlib
Vens: İsraildə ABŞ-İran müharibəsinin uzanmasını istəyən qüvvələr var
Tramp: İrana qarşı zərbələrin genişləndirilməsi ilə bağlı son tarix müəyyən etməmişəm
Vens: ABŞ İranda hakimiyyəti dəyişmək üçün quru əməliyyatı keçirməyəcək
Küveyt İranın raket və PUA-larını zərərsizləşdirdiyini açıqlayıb
İranın üç şəhərində partlayışlar baş verib
Qalibaf: ABŞ-la memorandumun şərtlərinə əməl etmək üçün əsas görmürük
Zelenski: Rusiya ballistik raketlərinə qarşı üç istiqamətdə işləyirik
Bakının 5 küçəsində hərəkət məhdudlaşdırılacaq
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini yenə təsdiqləyə bilməyib
Qalibaf: ABŞ İranı zəiflətməyə və parçalamağa çalışır
Euronews: IV Şuşa Qlobal Media Forumunda jurnalistikanın gələcəyi müzakirə olunub - VİDEO
Şəmkirdə iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb - FOTO
Merz ABŞ-ı Almaniyadakı seçkilərə müdaxilə etməməyə çağırıb
ABŞ xarici yardımlarda özəl investisiyalara üstünlük vermək istəyir
Prezidentin Şuşa Forumunda bəyanatı ciddi siqnaldır, indi seçim Avropa Şurasınındır - RƏY
Bəqai: İran hazırda ABŞ ilə danışıqlar aparmağı planlaşdırmır
Mərdəkanda 22 yaşlı oğlan dənizdə batıb
ABŞ Rusiya və İranda bir sıra qurum və şəxslərə sanksiya tətbiq edib
ABŞ İranın Henqam adasına zərbələr endirib
Samuxda 7-si azyaşlı olmaqla 10 nəfər zəhərlənib, araşdırma aparılır- YENİLƏNİB-1
Tramp: İsrailin Livan və Suriyadan çıxması yaxşı olardı
Türkmənistan Prezidenti Gürcüstana səfər edəcək
Milli Məclisin sədri Slovakiya Prezidenti ilə görüşüb
Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatıb
Rusiya XİN: Ukraynadakı xarici hərbi kontingentlər qanuni hədəf olacaq
Slovakiya Prezidenti “Sea Breeze”lə tanış olub
“AzerGold” QSC IV Şuşa Qlobal Media Forumunda təmsil olunub - FOTO
CENTCOM: İrana tətbiq olunan blokadanı yarmağa çalışan iki gəmi istiqamətini dəyişib
ADA Universitetinin dekanı Balaxanı neftçiləri ilə konstitusiya hüquq və azadlıqları ilə bağlı müzakirə keçirib
Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaq
Şirkətin 1,4 milyon manatını mənimsəməkdə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
ƏƏSMN: İcbari tibbi sığorta üzrə xidmətlər tam rəqəmsallaşdırılır
Birbank Invest: investisiyaya aparan rəqəmsal yol
İranın xarici işlər naziri Qətərə gedib
DPA: Drezdendə silahlı şəxs polislərə atəş açıb
Tramp Rusiyanın yaxın zamanda Ukrayna ilə razılaşma əldə etməyə hazır olduğunu bildirib
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasına dəyişiklik edilib