Bank Of Baku

Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib
# 10 sentyabr 2009 13:57 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda çıxış edən komitə sədri Hadı Rəcəbli payız sessiyasında sosial qanunvericilik sahəsində bir sıra mühüm sənədlərin qəbul edilməsinin gözlənildiyini bildirib. Onun sözlərinə görə, hazırda “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında”, “Duzun yodlaşdırılması haqqında”, “Sosial iş haqqında”, “Tütün və tütün məhsullarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Mərasimlər haqqında” qanun layihələrinin müzakirəsi parlamentin sosial komitəsinin gündəmindədir.

H. Rəcəbli eyni zamanda, payız sessiyası ərzində Əmək və Ailə məcəllələrinə əlavə və dəyişikliklərin ediləcəyini də deyib: “Ailə Məcəlləsinə 100-dək dəyişiklik edilməsi gündəmdədir. Bundan başqa, “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyin olunması və pensiyaların təcrübəyə görə hesablanması məsələsinə baxıla bilər. Əmək Məcəlləsindəki dəyişikliyin isə şəhid ailələrinin müdafiəsinin gücləndirilməsi ilə bağlı olacağı gözlənilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR