Bank Of Baku

Sosial siyasət komitəsi Milli Məclisin payız sessiyasına bir neçə qanun layihəsi tövsiyə edib

Sosial siyasət komitəsi Milli Məclisin payız sessiyasına bir neçə qanun layihəsi tövsiyə edib
# 10 sentyabr 2009 14:10 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna və digər qanunvericilik aktlarına əlavə və dəyişikliklər müzakirə olunub. keçirilib. APA-nın məlumatına görə, komitə sədri Hadı Rəcəbli deyib ki, sözügedən qanuna təklif olunan dəyişiklik keyfiyyətli tibbi xidmətin göstərilməsini təmin etmək məqsədi daşıyır. Onun sözlərinə görə, qanuna təklif edilən dəyişikliyə görə, bütün həkimlər 5 ildən bir məcburi kurslara cəlb olunmalı və onlara kursu bitirdiyinə görə sertifikatlar verilməlidir. Komitə sədri bu dəyişikliyin orta tibb işçilərinə də şamil ediləcəyini bildirib. Müzakirələrdən sonra sənəd parlamentin payız sessiyasına tövsiyə edilib.

İclasda, həmçinin “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara əlavə və dəyişikliklər müzakirə olunub. H. Rəcəbli deyib ki, sözügedən qanunlara təklif olunan dəyişikliklər prokurorluq orqanlarında çalışan işçilərin pensiya təminatının yaxşılaşdırılmasına xidmət edir. Onun sözlərinə görə, ümumiyyətlə ölkədə bütövlükdə pensiya sisteminin bütün sahələr üzrə bir-birinə uyğunlaşdırılması prosesi aparılır.

Müzakirələrdə sonra sənəd parlamentin payız sessiyasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR