Bank Of Baku

DİU Bakının işğaldan azad olunmasının ildönümü ilə bağlı sentyabrın 15-də mitinq keçirəcək

DİU Bakının işğaldan azad olunmasının ildönümü ilə bağlı sentyabrın 15-də mitinq keçirəcək
# 10 sentyabr 2009 14:15 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Demokratiya Uğrunda İttifaq (DUİ) Bakının işğaldan azad olunmasının növbəti ildönümü ilə bağlı sentyabrın 15-də mitinq keçirəcək. İttifaqa daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, anım mitinqi Şamaxı rayonunun yaxınlığındakı naməlum türk əsgərinin məzarı önündə keçiriləcək. Aksiyada ittifaqa üzv olan partiyaların Şamaxı və Qobustan rayon təşkilatlarının fəalları və həmçinin ittifaqın rəhbərliyi iştirak edəcək. Aksiya günün ikinci yarısında təşkil olunacaq.

Günün birinci yarısında isə DUİ rəhbərliyi Şəhidlər Xiyabanının yanında qəhrəman türk əsgərinin şərəfinə ucaldılmış abidəni ziyarət edəcəklər.

Qeyd edək ki, DUİ-də Klassik Xalq Cəbhəsi, Azadlıq, Böyük Azərbaycan, Milli Demokrat, Xalq partiyaları təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR