Bank Of Baku

Yaqub Mahmudov: “Bakıda Nuru Paşaya abidə ucaldılmalıdır”

Yaqub Mahmudov: “Bakıda Nuru Paşaya abidə ucaldılmalıdır”
# 10 sentyabr 2009 14:36 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. “Azərbaycanda böyük xidmətlər göstərən türk ordusunun komandanı Nuru Paşaya Bakıda abidə qoyulmalıdır. Biz öz generallarımız Səməd bəy Mehmandarov və Əliağa Şıxlinskiyə də belə abidələr qoymalıyıq. Bundan başqa, Canaqqalada vuruşan Azərbaycan əsgərlərinin şərəfinə də orada abidə ucaldılmalıdır”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib. Tarixçi alim vaxtilə azərbaycanlıların Çanaqqalada böyük qəhrəmanlıqlar göstərdiyini bildirib. Onun sözlərinə görə, Bakıda Şəhidlər Xiyabanında türk əsgərlərinin şərəfinə ucaldılan abidədən biri də Çanaqqalada Azərbaycan əsgərlərinin xatirəsinə ucaldılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR