Bank Of Baku

Azərbaycan prezidenti “Ericsson” şirkətinin birinci vitse-prezidentini qəbul edib

Azərbaycan prezidenti “Ericsson” şirkətinin birinci vitse-prezidentini qəbul edib
# 10 sentyabr 2009 15:53 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 10-da “Ericsson” şirkətinin birinci vitse-prezidenti Hans Vestberqi qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə “Ericsson” şirkətinin uzun illər Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd olunub, ölkəmizin informasiya texnologiyaları sahəsindəki inkişafına görə keçmiş sovet ölkələri arasında ön sıralarda olduğu bildirilib.

Vurğulanıb ki, bu cür yüksək göstəricilərə dünya miqyasında da nail olmaq üçün Azərbaycanın böyük potensialı var.

Söhbət zamanı ölkəmizlə “Ericsson” şirkəti arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR