Bank Of Baku

Prezident İlham Əliyev texniki peşə təhsili məktəblərinin maddi texniki bazasının gücləndirilməsi barədə sərəncam imzalayıb

Prezident İlham Əliyev texniki peşə təhsili məktəblərinin maddi texniki bazasının gücləndirilməsi barədə sərəncam imzalayıb
# 10 sentyabr 2009 17:16 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev texniki peşə təhsili məktəblərinin maddi texniki bazasının gücləndirilməsi ilə əlaqədar sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncamda texniki peşə təhsili kadrlara ehtiyacın ödənilməsində texniki-peşə məktəblərinin mühüm rol oynadığı bildirilir. Sərəncamda qeyd olunur ki, hazırda ölkədə 108 texniki peşə təhsili mövcuddur və 130 peşə üzrə 25 mindən çox şagird təhsil alır. Prezident sərəncamında texniki peşə təhsilinin inkişafı üzrə dövlət proqramı 2007-1012-ci illər nəzərində tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi və texniki peşə təhsili müəssisələrinin tikintisi və yenidən qurulması davam etdirilməsi məqsədi ilə 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə 2 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR