Bank Of Baku

Azərbaycan prezidenti məktəbəqədər təhsil müəssisələrinin maddi texniki bazasının gücləndirilməsi ilə əlaqədar əlavə tədbirlər barədə sərəncam imzalayıb

Azərbaycan prezidenti məktəbəqədər təhsil müəssisələrinin maddi texniki bazasının gücləndirilməsi ilə əlaqədar əlavə tədbirlər barədə sərəncam imzalayıb
# 10 sentyabr 2009 17:23 (UTC +04:00)
Bakı-APA. Prezident İlham Əliyev məktəbəqədər təhsil müəssisələrinin maddi texniki bazasının gücləndirilməsi ilə əlaqədar əlavə tədbirlər barədə sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sərəncamda məktəbəqədər təhsil müəssisələrinin müasir səviyyədə qurulması, uşaqlara intellektual, fiziki və psixoloji inkişafı üzrə lazımı şəraitin yaradılması onların şəxsiyyətinin formalaşması, təlim-tərbiyəsi istiqamətində ardıcıl tədbirlərin görüldüyü bildirilir. 100 mindən çox uşağı əhatə edən 1604-dən çox məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Prezidentin sərəncamına əsasən məktəbəqədər təhsilin yeniləşdirilməsi proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi məqsədi ilə 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə 2 milyon manat vəsait ayrılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR