Bank Of Baku

Dairə seçki komissiyalarının sədrləri üçün keçirilən kurs başa çatıb

Dairə seçki komissiyalarının sədrləri üçün keçirilən kurs başa çatıb
# 11 sentyabr 2009 13:25 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. İnsan hüquqları üzrə Milli Fəaliyyət Planına əsasən Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə dairə seçki komissiyalarının sədrləri üçün keçirilən kurs başa çatıb. APA-nın məlumatına görə, bir həftəlik kursun qapanış mərasimində çıxış edən MSK sədri Məzahir Pənahov kurslar zamanı bələdiyyə seçkilərinin keçirilməsi, şəffaflığın təmin olunması, beynəlxalq təcrübə, müşahidəçilik institutu, namizədliyin irəli sürülməsi, təbliğat-təşviqat kampaniyası və seçkilərlə bağlı bütün məsələləri əhatə edən mövzularda məruzələrin edildiyini bildirib. O, seçki komissiyalarının üzvləri üçün bu tipli kursların davam edəcəyini açıqlayıb.

Sonda kursda iştirak etmiş 125 DSK sədrinə sertifikatlar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR