Bank Of Baku

Qarabağ və Respublika Uğrunda Hərəkatın liderləri ATƏT-in Bakı ofisinin rəhbəri və Avropa Komissiyasının nümayəndələri ilə görüşüblər

Qarabağ və Respublika Uğrunda Hərəkatın liderləri ATƏT-in Bakı ofisinin rəhbəri və Avropa Komissiyasının nümayəndələri ilə görüşüblər
# 11 sentyabr 2009 14:10 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan partiyaların rəhbərləri ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel və Avropa Komissiyasının nümayəndələri ilə görüş keçiriblər. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu APA-ya bildirib ki, görüşdə bələdiyyə seçkiləri öncəsi Azərbaycandakı ictimai-siyasi vəziyyət, müxalifətin seçkilərdə iştirakla bağlı mövqeyi, seçkilərə hazırlıq məsələləri müzakirə edilib. Hərəkat liderləri 6 müxalifət partiyasının seçkilərdə birgə iştirak etmək niyyətində olduğunu beynəlxalq təşkilatların diqqətinə çatdırıblar. Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı müxalifətin hazırladığı qanun layihəsi avropalılara təqdim olunub. S. Cəlaloğlu qanuna dəyişikliklərin və seçki komissiyalarının paritet əsaslarla formalaşdırılmasının vacibliyini vurğuladıqlarını deyib: “Onlar həmişəki kimi cavab verdilər ki, öz proqramları var və bu proqrama uyğun fəaliyyət göstərirlər”.

Qeyd edək ki, görüşdə ADP sədri Sərdar Cəlaloğlu, AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, ALP-nin sədr əvəzi Əvəz Temirxan, VİP sədri Əli Əliyev və Ümid Partiyasının sədri İqbal Ağazadə iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR