Bank Of Baku

DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün bölgələrdə ixtisaslaşdırılmış kurslar keçiriləcək

DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün bölgələrdə ixtisaslaşdırılmış kurslar keçiriləcək
# 12 sentyabr 2009 08:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Dairə Seçki Komissiyalarının (DSK) üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün sentyabrın 23-dən bölgələrdə ixtisaslaşdırılmış kurslar keçiriləcək. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev APA-ya bildirib ki, kurslar ölkə prezidentinin imzaladığı “İnsan hüquqları üzrə Milli Fəaliyyət Planına” uyğun olaraq keçiriləcək. Kurslarda yerli icra hakimiyyəti, prokurorluq orqanlarının nümayəndələri məruzələr edəcək, seçkilərlə bağlı seçki komissiyalarının üzvlərinin vəzifələri və hüquqları izah ediləcək. A. Sarıyev bildirib ki, kursların sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, bu həftə DSK sədrləri üçün analoji kurslar keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR