Bank Of Baku

AMİP Siyasi Şurasının toplantısı keçirilib

AMİP Siyasi Şurasının toplantısı keçirilib
# 14 sentyabr 2009 14:21 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. AMİP Siyasi Şurasının toplantısında partiyanın bələdiyyə seçkilərinə hazırlıq işləri, Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində danışıqlar və ölkədəki mövcud durum müzakirə olunub. Partiyanın mətbuat və informasiya xidmətindən APA-ya verilən məlumata görə, AMİP Siyasi Şurası bələdiyyə seçkilərinə hazırlıq vəziyyətini qənaətbəxş sayıb, eyni zamanda bu istiqamətdə görülən işin sürətini artırmaq və fəaliyyəti daha da gücləndirmək üçün yaradılmış Seçki Qərargahının nəzdində mütəxəssislərdən ibarət işçi qrupu təşkil olunmasını qərara alıb. Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində danışıqlara münasibət bildirən Siyasi Şura işğalçı Ermənistanla əlaqələrin qurulmasını Azərbaycanın maraqlarına zərbə kimi qiymətləndirib. Siyasi Şura hesab edib ki, Dağlıq Qarabağ problemi həllini tapmayınca, Ermənistan yürütdüyü terrorçuluq və işğalçılıq siyasətindən əl çəkməyincə Türkiyə-Ermənistan sərhədlərinin açılması regionda sülhə və sabitliyə ciddi təhlükə törədəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR