Bank Of Baku

Hafiz Hacıyev: “Binadan çıxmaq fikrimiz yoxdur”

Hafiz Hacıyev: “Binadan çıxmaq fikrimiz yoxdur”
# 14 sentyabr 2009 16:09 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Hələ ki, partiyanın yerləşdiyi binadan çıxmaq fikrimiz yoxdur. Bundan sonrasını zaman göstərəcək”. Bunu APA-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədri bildirib ki, artıq bununla bağlı Nazirlər Kabinetinin qərarı var: “Hazırda yerləşdiyimiz bina Dövlət Neft Şirkətinin balansındadır. Lakin bura partiyanın vəsaiti hesabına düzəldilib. Nazirlər Kabineti partiyanın binada fəaliyyət göstərməsini nəzərə almadan buranı “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinə və Şuşa rayon İcra Hakimiyyətinə verilməsi barədə qərar çıxarıb”.

H. Hacıyevin sözlərinə görə, Qərbi Azərbaycanlılarını Əlaqələndirmə Şurası da partiyanın ofisdən çıxarılmasının əleyhinədir: “Əgər belədirsə, biz də Qərbi Azərbaycanlıların icmasını yaradacağıq. Bu hərəkət partiyanın dinamikliyini, seçkilərdə iştirakını azaltmaq məqsədi daşıyır. Qərargahdan çıxardıb, çadırda da qalsaq prezidenti müdafiə edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR