Bank Of Baku

Azərbaycan Milli Məclisinin deputatı Litvada səfərdə olacaq

Azərbaycan Milli Məclisinin deputatı Litvada səfərdə olacaq
# 15 sentyabr 2009 07:51 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin deputatı Əli Məsimli sentyabrın 16-dan 20-dək Litvanın Vilnüs şəhərində səfərdə olacaq. Milli Məclisdən APA-ya daxil olan məlumata görə, Ə. Məsimli Baltik Assambleyasının təşkil etdiyi “Baltikyanı dövlətlərin gələcəyi: 2030. Cəmiyyətlər və ölkələr üçün keçmiş təhdidlər və yeni çağırışlar” mövzusunda konfransda iştirak edəcək.Tədbirdə Baltik Assambleyasının perspektiv prioritetləri, iş prinsipləri və formatı, regional tərəfdaşlıq strategiyası barədə də müzakirələr aparılacaq. Azərbaycan parlamentinin deputatı “Baltik Assambleyası ilə GUAM Parlament Assambleyası arasında əməkdaşlığın perspektivləri” mövzusunda çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR