Bank Of Baku

Azərbaycan parlamentinin binasının yeni korpusu yaxın günlərdə istifadəyə veriləcək

Azərbaycan parlamentinin binasının yeni korpusu yaxın günlərdə istifadəyə veriləcək
# 15 sentyabr 2009 10:15 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan parlamentinin binasının yeni korpusu yaxın günlərdə istifadəyə veriləcək. APA-nın məlumatına görə, bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bu gün keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, sentyabrın sonuna kimi binanın tamamlanma işləri başa çatacaq və parlamentin payız sessiyası başlayana qədər yeni korpusun açılışı keçiriləcək. A. Nəsirov yeni korpusda deputatların iş şəraitinin müasir, beynəlxalq standartlara uyğun şəkildə qurulmasına şərait yaradıldığını qeyd edib: “Bu, həm də parlament strukturların işinə xeyli dərəcədə müsbət təsir göstərəcək. Yeni korpusda ayrı-ayrı konfrans zalları, hər bir deputat üçün ayrıca otaq nəzərdə tutulub. Otaqlar müasir texnika ilə təchiz olunub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR