Bank Of Baku

BAXCP Azərbaycan “Konstitusiya Qanunu”na əlavələrin edilməsi təklifi ilə çıxış edib

BAXCP Azərbaycan “Konstitusiya Qanunu”na əlavələrin edilməsi təklifi ilə çıxış edib
# 15 sentyabr 2009 10:32 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Azərbaycan “Konstitusiya Qanunu”na əlavələrin edilməsi təklifi ilə çıxış edib. Partiyanın sədri Qüdrət Həsənquliyev APA-ya açıqlamasında bildirib ki, artıq bununla bağlı qanun layihəsi hazırlanıb. Layihədə demokratik cəmiyyətin əsas atributları olan çoxpartiyalı sistemin, mətbuatın və QHT-lərin inkişafına dəstək göstərilməsi təklif olunur: “Azərbaycanda Konstitusiyada təsbit olunmasa da, artıq dövlət mətbuat və QHT-lərin inkişafına dəstək göstərir. Biz bura çoxpartiyalı sistemin inkişafını dövlətin əsas vəzifələrdən biri kimi Konstitusiya ilə dövlətin qarşısına qoyuruq. Yəni çoxpartiyalı sistem olmasa, demokratiya da olmayacaq”.

Partiya Nazirlər Kabinetinin səlahiyyətlərinin artırılması barədə də təkliflər irəli sürüb.

Partiya sədri hazırlanan layihədə Məhkəmə Şurasının yaradılması barədə təklifin olunduğunu da qeyd edib: “Azərbaycanda Məhkəmə-Hüquq Şurası var. Amma bu quruma hökumət üzvü başçılıq edir. Biz təklif edirik ki, 9 nəfərdən ibarət şura yaradılsın, bu şuranın üzvləri isə elmi-pedaqoji fəaliyyət istisna olunmaqla digər fəaliyyətlərlə-yəni siyasət, sahibkarlıq, ticarətlə məşğul ola bilməzlər. Bu şuraya hakimlərin seçilməsi, onları vəzifədən kənarlaşdırması ilə bağlı təkliflər hazırlamaq və təqdimat yazmaq hüququ verilməlidir. Bu reallaşarsa, hakimlərin müstəqilliyinə şərait yaranacaq, icra orqanlarından asılılığı aradan qaldırılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR