Bank Of Baku

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı təlimatlar toplusunu nəşr edib

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı təlimatlar toplusunu nəşr edib
# 15 sentyabr 2009 22:08 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı təlimatlar toplusunu nəşr edib. Qurumun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, normativ bazanın gücləndirilməsi məqsədilə 19 normativ xarakterli aktın – təlimatların, izah və qaydaların təsdiq olunması barədə qəbul olunan qərarlar və digər sənədlər 6 topluda cəmləşdirilib.

Bu toplulardan 4-ü artıq nəşr edilib və MSK tərəfindən aşağı seçki komissiyalarına çatdırılıb. Normativ xarakterli aktlardan ibarət digər toplular da bu yaxınlarda çapdan çıxacaq və aşağı seçki komissiyalarına çatdırılacaq.

Qeyd edək ki, MSK-nın qəbul etdiyi normativ xarakterli aktlar qurumun rəsmi internet səhifələri(www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az) vasitəsi ilə ictimailəşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR