Bank Of Baku

Asim Mollazadə Kuba səfiri ilə görüşüb

Asim Mollazadə Kuba səfiri ilə görüşüb
# 15 sentyabr 2009 11:17 (UTC +04:00)
Bakı-APA. Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Kubanın Azərbaycandakı səfiri Marselo Kabalyero Torreslə görüşüb. Demokratik İslahatlar Partiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-Kuba münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Səfir Asim Mollazadəyə Kubadakı ictimai-siyasi vəziyyət, orada aparılan islahatlar barədə məlumat verib. Asim Mollazadə Torresə Demokratik İslahatlar Partiyasının fəaliyyəti haqqında danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR