Bank Of Baku

BAXCP Bakının işğaldan azad olunması münasibətilə Şəhidlər Xiyabanını və Türk əsgərinin abidəsini ziyarət edib

BAXCP Bakının işğaldan azad olunması münasibətilə Şəhidlər Xiyabanını və Türk əsgərinin abidəsini ziyarət edib
# 15 sentyabr 2009 12:39 (UTC +04:00)
Bakı-APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) təmsilçiləri Türkiyə qoşunlarının Bakını işğaldan azad etməsi münasibətilə Şəhidlər Xiyabanını və Türk əsgərinin abidəsini ziyarət edib, abidənin önünə əklil qoyublar. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daha sonra partiya sədrinin müşaviri Niyaməddin Orduxanlı Türkiyə səfirliyinə gedib. O, BAXCP-nin səfirliyin qarşısında bu gün keçirməyi nəzərdə tutduğu, sonradan təxirə salınan aksiyanın qətnaməsini səfirliyin əməkdaşlarına təqdim edib. Qətnamədə deyilir: “BAXCP Azərbaycanın torpaqları işğaldan azad edilmədən Ermənistanla diplomatik əlaqələr qurulmasının və sərhədlərin açılmasının tarix tərəfindən birmənalı şəkildə Azərbaycan türklərinə qarşı xəyanət kimi qiymətləndiriləcəyini xatırlatmaqla AKP-ni öz yanlış siyasətinə son qoymağa çağırır”. Qətnamə “Yaşasın Türk birliyi!”, “One minut Davos fatehi, biz də müsəlmanıq!”, “15 sentyabrdan utanın!” və sair kimi şüarlarla bitir.

Qeyd edək ki, BAXCP bu gün Türkiyə səfirliyi qarşısında piket keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Dünən BŞİH partiyanın müraciətinə rədd cavabı verib və buna görə də piket təxirə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR