Bank Of Baku

AMİP 20-yə yaxın rayon üzrə bələdiyyə seçkilərində iştirak edəcək namizədləri müəyyənləşdirib

AMİP 20-yə yaxın rayon üzrə bələdiyyə seçkilərində iştirak edəcək namizədləri müəyyənləşdirib
# 15 sentyabr 2009 23:01 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) dekabrda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün artıq 20-yə yaxın rayonda namizədlərini müəyyənləşdirib. Partiyanın sədr əvəzi, baş katib Fuad Muxtarov APA-ya açıqlamasında bildirib ki, bəzi rayonlarla namizədlərin irəli sürülməsində çətinliklər var və üzvlər namizədliklərini irəli sürməkdə tərəddüd edirlər. Onun sözlərinə görə, partiyanın bir sıra üzvləri bələdiyyələrin səlahiyyətinin az olması və həmçinin, seçkilərin demokratik keçirilmədiyini əsas gətirərək seçkilərdə iştirakdan imtina edirlər: “Onlar bir sıra əsaslı və əsassız fikirlər irəli sürürlər. Amma biz onlara vəziyyəti, siyasi partiyanın vəzifələrini izah edirik və bu şübhələri aradan qaldırırıq. Artıq bu yöndə şübhələri olan şəxsləri də inandırmışıq ki, seçkilərdə iştirak etmək vacibdir”. F. Muxtarov bildirib ki, onlar maksimum bütün seçki dairələrindən namizəd irəli sürməyi düşünürlər. Bu mümkün olmadıqda isə namizəd irəli sürmədikləri bələdiyyələrdən digər müxalifət partiyalarının təmsilçilərini dəstəkləyəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR