Bank Of Baku

Müsavat Partiyası bələdiyyə seçkiləri ilə bağlı qərarları sentyabrın 25-də verəcək

Müsavat Partiyası bələdiyyə seçkiləri ilə bağlı qərarları sentyabrın 25-də verəcək
# 16 sentyabr 2009 11:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyası bu ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı qərarları Məclisin sentyabrın 25-nə təyin olunmuş iclasında qəbul edəcək. Bu barədə APA-ya partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, Müsavatın da daxil olduğu Qarabağ və Respublika Uğrunda Hərəkatın seçkilərə hansı formada gedəcəyi hələ də sual altındadır: “İstənilən halda biz çalışacağıq ki, seçkilərdə ayrı-ayrı siyahılarla iştirak edəcəyiksə belə, ümumi iş vətəndaş hərəkatının birliyi altında həyata keçirilsin”.

A. Hacılı bildirib ki, qanunvericilikdə olan bir sıra bürokratik əngəllər partiyaların seçkiyə blok şəklində getməkdə tərəddüd yaradır: “Seçki Məcəlləsində çoxlu bürokratik əngəllər mövcuddur. Eyni zamanda bir çox sənədlərin notariusda təsdiq edilməsi tələbi var ki, bu da kifayət qədər vaxt və vəsait tələb edir. Bu amillər ayrı-ayrı siyahılarla vahid çətir altında seçkilərdə iştirak meyllərini artırır”.

A. Hacılı Məclisin iclasında partiyadaxili məsələlər ətrafında, görülən işlər barədə, ölkədəki siyasi vəziyyət, iqtisadi problemlərlə əlaqədar müzakirələrin aparılacağı da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR