Bank Of Baku

Ədalət Partiyası bələdiyyə seçkilərində blok şəklində iştirak etmək niyyətində deyil

Ədalət Partiyası bələdiyyə seçkilərində blok şəklində iştirak etmək niyyətində deyil
# 16 sentyabr 2009 14:48 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla bağlı sentyabrın 26-da Ədalət Partiyası Ali Məclisinin iclası keçiriləcək. Partiyanın sədr müavini Mütəllim Rəhimli APA-ya bildirib ki, iclasda seçkilərdə irəli sürüləcək namizədlərin siyahısı təsdiq olunacaq. O, həmçinin, iclasda partiyanın seçki taktikasının müəyyən ediləcəyini, seçki şüarlarının müzakirə olunacağını qeyd edib.

M. Rəhimli seçkilərdə hər hansı blok şəklində iştirak etmək niyyətində olmadıqlarını da deyib: “Ümumiyyətlə, hansısa partiya ilə əməkdaşlıq gözlənilmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR