Bank Of Baku

Natiq Məmmədov: “Bələdiyyə seçkilərinə ən geci oktyabrın əvvəllərində rəsmən start veriləcək”

Natiq Məmmədov: “Bələdiyyə seçkilərinə ən geci oktyabrın əvvəllərində rəsmən start veriləcək”
# 16 sentyabr 2009 15:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Bələdiyyə seçkilərinə qanunvericiliyə uyğun olaraq bələdiyyələrin səlahiyyətinin başa çatmasına ən azı 75 gün qalmış start veriləcək”. Bunu APA-ya açıqlamasında Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov deyib. Azərbaycandakı mövcud bələdiyyələrin səlahiyyətlərinin dekabrın 17-də başa çatdığını bildirən N. Məmmədov bu baxımdan da ən gec oktyabrın ilk günlərinə kimi MSK-nın iclasının keçiriləcəyini və seçkilərin elan olunacağını bildirib.

MSK katibi onu da qeyd edib ki, dekabrın 17-də ölkə üzrə 81 bələdiyyənin səlahiyyəti başa çatmayacaq. Bunlar 2006-cı ildə keçirilən təkrar seçkilərdə formalaşmış bələdiyyələrdir. Buna baxmayaraq, N. Məmmədov həmin bələdiyyələrin hamısının MSK-ya müraciət etdiyini və ümumi seçkilərdə iştirak etmək istədiklərini bildirib: “Bununla bağlı qərar vermək MSK-nın iradəsinə bağlıdır və hazırda bu məsələ araşdırılır. Seçkilər təyin olunarkən, bununla bağlı da müzakirə aparılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR