Bank Of Baku

Milli Məclisin insan hüquqları və regional məsələlər komitələrinin iclasları keçirilib

Milli Məclisin insan hüquqları və regional məsələlər komitələrinin iclasları keçirilib
# 16 sentyabr 2009 15:20 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin payız sessiyası çərçivəsində İnsan hüquqları komitəsinin ilk iclası keçirilib. APA-nın məlumatına görə, iclasda “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə” qanun layihəsi müzakirə olunub. Bildirilib ki, Azərbaycan tərəfi 1981-ci ildə Strasburqda qəbul olunmuş bu Konvensiyaya 5 bəyanatla qoşulur. Məlumat verilib ki, Konvensiyanın Azərbaycan qanunlarına zidd olmayan müddəaları milli maraqlara xidmət edir və ölkə vətəndaşlarının hüquqlarının beynəlxalq səviyyədə qorunmasına təminat verir. Deputatlar və dəvət olunmuş mütəxəssislər sənədlə əlaqədar rəy və təkliflərini açıqlayıblar. Sonda qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisin payız sessiyasının ümumi iclasının gündəliyinə tövsiyə olunub.
Milli Məclisin Regional məsələlər komitəsinin də iclası keçirilib. Payız sessiyası dövründə komitə tərəfindən “Bələdiyyələrin hesabatları haqqında” qanun layihəsinin hazırlanması, yerli özünüidarəetmə qurumları ilə bağlı bəzi qanunvericilik aktlarına dəyişikliklər, inzibati ərazi bölgüsünə qismən dəyişikliklər edilməsinə dair qanun layihələrinin müzakirəyə çıxarılması nəzərdə tutulub. İclasda həmçinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilən “Azərbaycanda bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” qanun layihəsinə baxılıb, rəy və təkliflər bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR